Qurban Qurbanov 47 yaşında

12:07 13 Aprel 2019

Bu gün Azərbaycan futbol tarixinin əsas simalarından olan, həm futbolçu, həm də məşqçi kimi özünü sübut etməyi bacarmış Qurban Qurbanovun doğum günüdü.

 

Sportarena.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisinin 47 yaşı tamam olur. Qurban Qurbanov 1972-ci ilin bu günündə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.

 

Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Üç dəfə Azərbaycan Kubokunun, iki dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub.

 

1992-2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 

 

2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006-2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" Ağdam klubunun baş məşqçisidir. 

 

"Qarabağ" klubu ilə ardıcıl 5 dəfə Azərbaycan çempionu olan mütəxəssis 4 dəfə ölkə kubokuna sahib çıxıb. Qurbanovun rəhbərliyi altında "Qarabağ" 4 dəfə Avropa Liqasının qrup mərhələsinə çıxıb. O, futbol tariximizdə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxan baş məşqçisir.

 

Qurban Qurbanov 2017-2018-ci illərdə paralel olaraq milli komandanı çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti