Daha bir pəhləvanımız erməni güləşçini məğlub etdi

21:43 13 Aprel 2019

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verib.

 

Sportarena.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, Murad Məmmədov yarışa inamlı qələbəylə başlayıb. Həmyerlimiz ilk hissədəcə polşalı güləşçini yolundan kənarlaşdırıb.

 

Kamran Məmmədov ilk görüşdə danimarkalı rəqibini məğlub edib.Böyüklər arasında Avropa çempionatında debüt edən Ülvi Qənizadə təsnifat mərhələsində moldovalı idmançıya tam üstünlüklə qalib gəlib.

 

Mübarizəyə 1/8 finaldan başlayan Orxan Nuriyevin ilk görüşü isə prinsipial xarakter daşıyıb. Avropa çempionatının 3 qat bürünc medalçısı Artur Şahinyanla qarşılaşan gənc güləşçimiz parlaq qələbə qazaraq adını 1/4 finala yazdırıb.

 

Qeyd edək ki, bundan əvvəl Hacı Əliyev, Ağahüseyn Mustafayev və  İslam Abbasov erməni idmançıları məğlub ediblər.

 

60 kq

1/8 final - Murad Məmmədov - David Andrey Ersetiç (POL) 9:0

1/4 final - Murad Məmmədov

67 kq

1/8 final - Kamran Məmmədov - Fredrik Holmquist Byerrehuus (DAN) 5:0

1/4 final - Kamran Məmmədov - Mate Nemes (SRB)

72 kq

Təsnifat - Ülvi Qənizadə - Anatoli Popov (MOL) 9:0

1/8 final - Ülvi Qənizadə - Dominik Etlinger (XOR)

82 kq

1/8 final - Rafiq Hüseynov - Peter Naqi (MAC)

97 kq

1/8 final - Orxan Nuriyev - Artur Şahinyan (ERM) 3:0

1/4 final - Orxan Nuriyev - Kiril Milenov Milev (BOL)


Xəbər xətti