Elşad Əhmədov: "Mövsümün sonunu gözləyirik"

21:30 13 Aprel 2019

"Gördüyünüz kimi, "Qarabağ" bizi hər cəhətdən üstələdi. İtkilərimiz özünü göstərdi. "Qarabağ" layiqli qələbə qazandı".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqanın XXIV turunda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.

 

Baş məşqçi gələn mövsüm komandada qalıb-qalmayacağını bilmədiyini deyib: "Mövsümün sonunu gözləyirik. Bundan sonra söhbət olacaq. Hələ ki rəhbərliklə söhbət olmayıb".


Digər xəbərlər

Xəbər xətti