"Neftçi"nin belə xala ehtiyacı yox idi” - Aftandil Hacıyev

Sportarena.az      14 Aprel 2018, 22:12

“Səbail”nin baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XXIV turunda “Neftçi”yə qarşı oyun (2:2) barədə fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, 37 yaşlı mütəxəssis matçı belə şərh edib: “Neftçi”ni təhlil etmişdik. Bilirdik ki, uzun ötürmələrlə oynayırlar. Arxa xətdə etibarlı oynamaq üşün 3-lü müdafiəni seçmişdik. Oyunun gedişində isə hesabda geri düşdük və 4-lü müdafiəyə keçib daha hücumümeylli oynamağa başladıq. Dramatik oyun oldu. Stadiona gələnlər həzz aldı. Hakimlikdən heç vaxt danışmamışdım. Ancaq məni məcbur edirlər. Hər oyunda "Səbail"ə qarşı haqsızlıq hiss edirik. Təyin edilməyən penaltilərimiz və rəqib oyunçulara vərəqə verilməməsi işlərimizi çətin edir. Bu gün "Səbail qələbəyə layiq idi. "Neftçi"nin belə xala ehtiyacı yox idi”.

 

Hacıyev komandanın qələbə qolunun müəllifi olan gənc futbolçu Ədilxan Qarəhmədovun oyunu barədə bunları deyib: “Çalışqan futbolçularımızdandı. Bu mövsüm Premyer Liqada meydana çıxan ən gənc futbolçudu. Gələcəkdə onun daha yaxşı oyunlarını görəcəyik. Qısa müddət ərzində əsas heyət üzvünə çevrilsə, təəccüblənməyin”.

 

Baş məşqçi Maykl Essyenin gələcəkdə əsas heyətdə oynayıb-oynamayacağı ilə bağlı sualı belə cavablandırıb: “Çalışırıq ki, ona şans verək. Müəyyən bir müddət imkan yaradırıq oynamağa. Essyen gələn mövsüm bizə daha çox fayda verəcək”.

 

Gənc mütəxəssis Yevgeni Koçukun oynamaması barədə bunları deyib: "Onun 2 gün öncə qızdırması qalxdı. Üç gündür ki, məşq etmir".

 

Hacıyev narazı qaldığı məqamları qeyd edib: "Bu gün hakimlik bərbad idi. Anton Krivotsyukun qırmızı vərəqə aldığı epizodu deyərdim. Küçədən kimi gətirib hakim qoysan və desən ki, təkbətək epizodda əllə oynayıb, təbii ki, qırmızı vərəqə verəcək. Bir çox epizodda hakimlər bizə qarşı ədalətsiz qərar verdilər. Bunu nəzərdə tutaraq bildirirəm ki, "Neftçi"yə belə xal qazanmaq lazım deyil".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin