İstanbul derbisində 2 qol, 1 qırmızı vərəqə - FOTOLAR + VİDEO

Sportarena.az      15 Aprel 2018, 10:48

Türkiyə Super Liqasında 28-ci turun mərkəzi qarşılaşması İstanbulda baş tutub.

 

Sportarena.az xəbər verir ki, İstanbul derbisində “Fənərbağça” öz meydanında “Qalatasaray”la qarşılaşıb.Gərgin mübarizə şəraitində keçən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

 

Matçda hesabı 66-cı dəqiqədə Onyekurunun vurduğu qolla “Qalatasaray” açıb. Lakin, bu qoldan 5 dəqiqə sonra Elif Elmas “Fənərbağça”nın bərabərlik qolunu vurub. Bununla da görüş 1:1 hesabı ilə başa çatıb.

 

Qeyd edək ki, “Fənərbağça” ikinci hissənin 10 nəfərlə oynayıb. 45-ci dəqiqədə Həsən Əli Kaldırım qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin