Yığmamız Avropa üçüncüsü oldu

14:15 15 Aprel 2019

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, qitə birinciliyində bir gümüş və iki bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamız 76 xal toplayaraq, komanda hesabında 3-cü yeri tutub. Rusiya (192) birinci, Türkiyə (132) isə ikinci olub.

 

Maraq üçün qeyd edək ki, millimizə ən çox xalı finala kimi irəliləyən İslam Abbasov qazandırıb. Avropa ikinciliyinə görə komandamızın hesabına 20 xal yazılıb. Bürünc medalçılar - Eldəniz Əzizli və Taleh Məmmədovdan hərəyə 15 xal gəlibsə, medal görüşündən məğlub ayrılan Orxan Nuriyevin əldə etdiyi xal 10-a bərabər olub. Yığmamıza digər xallar Sabah Şəriəti (8), Murad Məmmədov (6) və debütant Ülvi Qənizadədən (2) gəlib.


Digər xəbərlər

Xəbər xətti