“Həyat yoldaşım məni hədələyir” - “Qarabağ”ın futbolçusu

16:23 16 Aprel 2019

“Evimdə “Playstation” var. Tez-tez futbol oynayıram. Silahlı oyunlardan xoşum gəlmir. İşim olan idman növü daha çox maraq yaradır”. 

 

Sportarena.az xəbər verir ki, bu sözləri Polşa mətbuatına müsahibəsində “Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak deyib.

 

O, həyat yoldaşının “Playstation” oynamasından narazı qaldığını bildirib: “Yalnız FİFA oynayıram. Həyat yoldaşım bu vəziyyətə tez-tez əsəbiləşir. O, məni “Playstation”u evdən atmaqla hədələyir. Çünki saatlarla futbol oynamaqdan doymuram. Həmçinin yutubda videolara çox baxıram. Bu öyrəşdiyim bir şeydir”.


Digər xəbərlər

Xəbər xətti