I Divizion: "Sabah" qələbə qazandı, "Qaradağ Lökbatan" autsayderə uduzdu

21:13 16 Aprel 2019

I divizionda XXIII tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub."Keşlə-2" evdə "Zirə-2"yə 3:1, "Sabah-2" "Səbail-2"yə 4:1 hesabı ilə qalib gəlib. "Turan Tovuz" doğma meydanda "Şüvəlan"a 0:1, "Qaradağ Lökbatan" "Ağsu"ya 1:2 hesabı ilə uduzub.

 

Qeyd edək ki, turun qalan 3 oyunu sabah keçiriləcək.

 

 

I divizion

2018/19 mövsümü

II dvrə, XXIII tur

 

16 aprel

Keşlə-2 - Zirə-2 3:1

Qollar: Ülvi İbrahimov, 28. Qədir Bayramlı, 44. Nurlan Quliyev, 55-pen - Müşfiq İlyasov, 46.

 

Turan Tovuz - Şüvəlan 0:1

Qol: Məmməd Quliyev, 71-pen.

 

Sabah-2 - Səbail-2 4:1

Qollar: Tacir Əlizadə, 4; 55. Ayxan Quluzadə, 73; 75 - Xəlil Bəşirov, 85.

 

Qaradağ Lökbatan - Ağsu 1:2

Qollar: Emin Mehtiyev, 19 - Pilağa Mehtiyev, 53-pen. Nahid Zülfüqarov, 78.


Digər xəbərlər

Xəbər xətti