Ulduz futbolçu haqqında şok ittihamlar

Sportarena.az      17 Aprel 2018, 19:12

İngiltərə Futbol Federasiyası “Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulza qarşı gözlənilməz ittiham irəli sürüb.

 

Sportarena.az xəbər verir ki, o, danışılmış oyunlarda iştirakda ittiham olunur.İddiaya görə, Skoulz 2015-ci ilin 17 avqustundan 2019-cu ilin 12 yanvar tarixinə kimi 140 futbol matçına pul qoyuluşu edib.

 

Futbolçu karyerasını bitirəndən sonra 31 gün “Oldhem Atletik”də baş məşqçi kimi çalışan, eyni zamanda “Selford Siti” klubunun 10 faizlik səhmlərinə sahib olan Skoulz, vəzifəsindən sui-istifadədə ittiham olunur.

 

Pol aprelin 26-na qədər bu qərardan etirazını bildirmək haqqına sahibdi. Qərar tam dəqiqləşəndən sonra isə Skoulza hansı cəzanın veriləcəyi bəlli olacaq.

 

44 yaşlı Skoulz karyerası boyunca yalnız MY-də forma geyinib və 2013-cü ildə futboldan gedib. O, karyerası ərzində 11 dəfə İngiltərə çempionu olub, 3 dəfə İngiltərə Federasiya Kubokunu qazanıb, 2 dəfə də Çempionlar Liqasında baş mükafata sevinib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin