“Spartak” Azərbaycanlı futbolçunu bağışladı

10:55 18 Aprel 2019

ABŞ vətəndaşının burnunu sındırdığı üçün Moskva "Spartak"ının əsas heyətindən kənarlaşdırılan Ayaz Quliyevi əfv olunub.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi üzr istədikdən sonra əsas komanda ilə məşqlərə qaytarılıb.

 

Hadisə aprelin 11-də Moskvanın Krasnoprudnaya küçəsində baş verib. Azərbaycanlı fubolçu "Mercedes” markalı avtomobili ilə qırmızı işıqda keçən amerikalı Maykl Kou Con Elini vurub. Bu zaman 29 yaşlı ABŞ vətəndaşı heç bir xəsarət almayıb. Lakin sonradan tərəflər arasında gərginlik yaranıb və ayaz amerikalının burnunu qırıb.


Xəbər xətti