Daha bir məşhur idmançımız karyerasını bitirəcək - Olimpiadadan sonra

11:24 18 Aprel 2019

Olimpiadadan sonra karyeramı bitirəcəyəm. 

 

Sportarena.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında sərbəst güləş üzrə üçqat Avropa çempionumuz Cəbrayıl Həsənov bildirib.İdmançımız qeyd edib ki, o da Hacı Əliyev kimi, Olimpiadadan sonra karyerasını bitirmək istəyir: 

 

“Planımız budur ki, bizim nəsil güləşçilərdən mən, Hacı Əliyev, Toğrul Əsgərov Olimpiadadan sonra idmançı həyatı ilə vidalaşaq. Bundan sonra karyeramı məşqçi kimi davam etdirmək və zal açmaq istəyirəm.Olimpiada vaxtı 31 yaşım olacaq. Düzdür, qalıb bir-iki il də dünya və Avropa çempionatında çıxış edə bilərəm. Amma heç kim istəməz ki, karyerasını uduzub bitirsin. Əslində, Hacı və Toğrul məndən yaşca kiçikdir. Deyərdim ki, onlar daha bir Olimpiadada çıxış edə bilər. Amma planda odur ki, Olimpiadadan sonra karyeramızı bitirək”.


Digər xəbərlər

Xəbər xətti