Essyenin həyat yoldaşının 237 min avroya aldığı klub satıldı

12:19 18 Aprel 2019

"Səbail”in futbolçusu Maykl Essyenin həyat yoldaşı Akosua Puninin vaxtilə sahibi olduğu İtaliyanın "Komo” klubu satılıb.

 

"Football İtalia”nın məlumatına görə, Komo şəhərinin eyniadlı təmsilçisini Böyük Britaniyanın "Sent Entertainment Ltd” media şirkəti əldə edib. Sövdələşmənin detalları barədə məlumat verilmir.

 

Qeyd edək ki, Akosua Puni Essyen 2017-ci ilin martında müflis olan "Komo”nu auksionda 237 min avroya satın alıb. Lakin tanınmış futbolçunun xanımı əmək haqlarını ödəmək və təlim-məşq toplanışı üçün vəsait ayırmaqda çətinlik çəkdiyi üçün yay fasiləsində şəhər meri Mario Landriskina işə qarışıb. Nəticədə klub başqa bir iş adamı Massimo Nikastroya verilib. O, isə öz növbəsində hazırda D Seriyasında çıxış edən klubu britaniyalılara satıb. ("Report”)


Xəbər xətti