"Qəbələ" - "Zirə": 18-ci duel

Sportarena.az      18 Aprel 2018, 12:50

"Qəbələ" Azərbaycan Premyer Liqasının 25-ci turunda evdə "Zirə"ni qəbul edəcək.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu qarşılaşma iki komanda arasında 18-ci duel olacaq. İndiyədək keçirilən 17 oyunda "Qəbələ” 6 qələbə qazanıb və 7 heç-heçə edib. Paytaxt təmsilçisi isə 4 dəfə qalib gəlib. Top fərqində də "qırmızı-qaralar” üstündür – 23:15. Əyalət təmsilçisinin qollarına 14 futbolçu və avtoqol müəllifi olan rəqib oyunçu imza atıb. Aleksey Qay "Zirə”ylə görüşlərdə hamıdan çox – 4, Ermin Zets 3 qol vurub.

 

Əvvəlki 17 oyundan ikisi kubok, 15-i Premyer Liqa çərçivəsində baş tutub. Çempionatdakı matçlarda rəqiblər hərəyə 4 dəfə qalib gəlibsə, 5 dəfə sülhlə ayrılıblar. Bu oyunlarda "qırmızı-qaralar" 16 qol vurub, 13-nü buraxıb.

 

Xatırladaq ki, aprelin 19-da keçiriləcək "Qəbələ” - "Zirə” matçı saat 16:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin