"Ansi Aqolli "Qarabağ"la çempion kimi vidalaşdı" - AÇIQLAMA

Sportarena.az      18 Aprel 2018, 13:36

Albaniya prezidenti İlir Meta "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli ilə Bakıdakı görüşünü xatırlayıb.

 

Sportarena.az xəbər verir ki, dövlət başçısı həmyerlisinin "Qarabağ"ı tərk etməsinə münasibət bildirib: 

 

"Bir neçə gün əvvəl Bakıda tanınmış futbolçumuz Ansi Aqolli ilə görüşmək fürsətim oldu. Azərbaycanın ən güclü komandası olan "Qarabağ"da keçirdiyi 10 ilə yaxın müddətdən sonra əvvəlki dövrlərdən fərqli, bir qədər həyəcanlı idi. Təkcə mən yox, Bakıda olan istənilən vətəndaşımız Albaniyanı təmsil edir. Amma əminəm ki, Ansi barədə hamı ən xoş fikirlər səsləndirir. O, bizim Bakıdakı ən yaxşı səfirimiz idi. Aqollinin möhtəşəm futbolçu karyerası var. Ona bundan sonra da uğurlar arzulayıram. Komandası və azarkeşləri ilə çempion kimi vidalaşdı. Həmin anlardan bir neçə dəqiqəni sizinlə paylaşmaqdan məmnunam".

 

Qeyd edək ki, Ansi Aqolli 9 illik "Qarabağ" karyerasını başa vuraraq ABŞ-ın "Nyu-York Kosmos" klubuna keçib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin