Tərlan Əhmədov ikinci hissədən şübhələnir - "Bunlar araşdırılmalıdır"

22:19 18 Aprel 2019

Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Qarabağ"a 0:3 hesabı ilə uduzan "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb. 

 

Sportarena.az xəbər verir ki, 47 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb:

 

- Rəqibimizi qələbə münasibəti ilə təbrik edirəm. Belə oyunlarda buraxdığımız səhvlər məni çox məyus edir. İlk qol zamanı qapıçımız Şahin Zəkiyev ağır zədə aldı. Onsuz da itirə-itirə gedirik. Etdiyimiz uşaq səhvləri məni çox yorur. İkinci hissədə baş verən hadisələr bizdə başqa fiikirlər yaradır. İstəyirəm ki, sakitlik olsun.

 

- Şahin Zəkiyevin durumu necədir?

- Hazırda xəstəxanadadır. Burnu və göz altında sümüyü sınıb. 

 

- Texniki zonadan uzaqlaşdırılmağınız nə ilə bağlıdır?

- Şahinə olan zərbəyə görə etiraz edirdim. Qol qeydə alınmamalı idi. Con Kamaranın da vərəqəsinə etirazımı bildirdim. Mən də futbolçu olmuşam. Kamaranın epizodunda müdaxilə yox idi. Ancaq sarı vərəqə aldı. 

 

- Dediniz ki, məndə bəzi fikirlər formalaşıb. Nədir bunlar?

- Qış fasiləsindən sonra artıq ikinci hissədə qol buraxırıq. Bunlar araşdırılmalıdır. Səbəbini axtarır, bilmək istəyirik ki, komanda niyə ikinci hissədə qollar buraxır. Beynimizə bir neçə fikir gəlir. 

 

- Totalizator ola bilər?

- Bilmirəm. İmanımı yandırıb kiminsə haqqına gorə bilmirəm. 


Xəbər xətti