"CBC Sport"un baş direktoru və xanımı Türkiyə mediasının gündəminə düşdü - FOTOLAR

10:39 19 Aprel 2019

"CBC Sport"un baş direktoru Volkan Üst və həyat yoldaşı Özge Uzun Türkiyə mediasının gündəminə düşüb.

 

Sportarena.az xəbər verir ki, bu günlərdə "2-ci səhifə" proqramının qonağı olan Özge Uzun və həyat yoldaşı ilə bağlı qardaş ölkə mediasında yazılar dərc edilib. Bu yazılarda onlarla bağlı məlumat verilib.

 

Bildirilir ki, Özge Uzun 22 yanvar 1979-cu ildə Ankarada doğulub. 1993-cü ildə "Radio Vizyon"da çalışan Erhan Konuk sayəsində bu sahədə çalışmağa başlayıb. Ardınca "Alem FM"də çalışan Özge Uzun ardınca NTV-də səsləndirmə işinə başlayıb. Bununla da televiziyaya keçən xanım aparıcı daha sonra "Fox TV" və "CNN Türk"də aparıcılıq edib.

 

2012-ci ildə "Kanaltürk"də səhər proqramı aparan Özge Uzun ardınca TV8-də "Həftəsonu" proqramında aparıcılıq edib. 2015-ci ildə "TRT Xəbər"ə keçib. 

 

Özge Uzun 2004-cü ildə Volkan Üstlə evlənib. 2015-ci ildə boşanan cütlük iki il sonra yenidən evləniblər. Onların Doğuhan adlı oğlu və Ömür Siva adlı iki övladı var.



Xəbər xətti