Avroliqada həftənin ən yaxşısı adına namizədlər açıqlandı

11:33 19 Aprel 2019

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlanıb.

 

Sportarena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçlarından sonra bu ada Pedro Rodriqes ("Çelsi”, İngiltərə), Filip Kostiç ("Ayntraxt”, Almaniya), Petr Şevçik ("Slaviya”, Çexiya) və Antonio Latorre ("Valensiya”) iddia edir.

 

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.


Digər xəbərlər

Xəbər xətti