Azərbaycan çempionatında şübhəli oyun - AFFA açıqladı

14:22 19 Aprel 2019

Region Liqasının yarımfinal mərhələsində aprelin 22-də keçirilməsi nəzərdə tutulan “FC Baku” – “Şahdağ” oyunu təxirə salınıb.

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb II play-off mərhələsi çərçivəsində aprelin 6-da baş tutmuş “Füzuli” – “FC Baku” oyununun (0:1) nəticəsinin manipulyasiyası şübhəsi ilə bağlı assosiasiyaya daxil olan məlumatdı.

 

Region Liqasının İşçi Qrupunun bu gün keçirilən iclasında matçın qeyri-müəyyən müddətə təxirə salınmasına qərar verilib.


Digər xəbərlər

Xəbər xətti