Mahir Mədətov "Keşlə"nin burnu qırılan futbolçunu ziyarət etdi - FOTOFAKT

11:00 20 Aprel 2019

Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qarabağ”la matçda zədələnən “Keşlə”nin qapıçısı Şahin Zəkiyev dərhal xəstəxanaya aparılmışdı.

 

Sportarena.az xəbər verir ki, buraxılan ilk qol zamanı Ağdam klubunun hücumçusu Mahir Mədətovla toqquşmadan sonra xəsarət alan 19 yaşlı qapıçının burnunda və almacıq sümüyündə sınıq var.

 

Bildirək ki, Mahir Mədətov xəstəxanaya yollanaraq, gənc qapıçını ziyarət edib.



Xəbər xətti