Ayaz Quliyev "Spartak"da ilk qolunu vurdu - FOTOLAR + VİDEO

03:07 22 Aprel 2019

Rusiya Premyer Liqasında XXIV turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi Moskva "Spartak"ı "Yenisey"i qəbul edib.Oyun paytaxt klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ayaz Quliyev start heyətində meydana çıxıb. 21-ci dəqiqədə sarı vərəqə alan azərbaycanlı futbolçu 83-cü dəqiqədə komandasının ikinci qoluna imza atıb. 

 

Bu qış fasiləsində "Rostov"dan "Spartak"a transfer olunan Ayaz Quliyevin yeni komandasında ilk qolu olub. 

 

 



Xəbər xətti