"Zirə" üçün 8-ci rəqib

Sportarena.az      23 Aprel 2018, 12:00

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək. "Zirə" bu mərhələdə "Sumqayıt”la qarşılaşacaq.

 

Sportarena.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, tarixində ilk dəfə yarımfinala yüksələn və finala vəsiqə uğrunda mübarizə aparacaq komanda indiyədək bu rəqiblə yalnız Premyer Liqada üz-üzə gəlib. 

 

Kubokda ilk dəfə qarşılaşacaq komandalar ümumilikdə 17-ci duelə çıxacaq. Çempionatdakı 16 görüşdə "Zirə” böyük üstünlüyə malikdir. 9 qələbəsi olan komanda 3 heç-heçə edib və 4 dəfə uduzub. 21 qol vurub 12-ni buraxan komandanın heyətində Aleksandr Dedovla Vüsal İsgəndərli daha çox - hərəyə 3 dəfə rəqib qapısına yol tapıb.

 

"Gənclik şəhəri” təmsilçisi ilə səfərdəki 8 qarşılaşmada 3 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan "Zirə” top fərqində minimal üstünlüyə sahibdir. 7 qol vuran futbolçular 6 top buraxıblar. Komandalar cari mövsümdə 5-ci dəfə qarşılaşacaq. İlk oyunda uduzan "Zirə” sonrakı görüşlərdə ardıcıl üç qələbə qazanıb. 2019-cu ilə təsadüf edən iki görüşdə isə "Qartallar” qol da buraxmayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin