"Yuventus" Ronaldonu transfer danışıqlarına qoşdu

Sportarena.az      24 Aprel 2018, 11:27

"Yuventus" "Benfika"nın gənc ulduzu Joao Feliksin transferi üçün hərəkətə keçib.

 

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, Turin klubu 19 yaşlı futbolçunun transferinə Kriştiano Ronaldonu da cəlb edib. Portuqaliyalı ulduz klub rəhbərliyinə gənc həmyerlisini razı salmaqda kömək etməyə çalışacaq.

 

"Benfika" Feliks üçün 120 milyon avro tələb edir. "Mançester Siti" bu məbləği ödəməyə hazır olduğunu bildirib. "Yuventus" isə qiyməti aşağı salmağa çalışır. Gənc futbolçu özü isə Ronaldo ilə eyni komandada oynamaq istəyir.

 

Qeyd edək ki, 19 yaşlı hücumçu bu mövsüm oynadığı 38 matçda 16 qol vurub və 9 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin