Yunan-Roma güləşçilərimiz təlim-məşq toplanışına başlayır

Sportarena.az      24 Aprel 2018, 14:07

Yunan-Roma güləşi üzrə yığmamız bu gün təlim-məşq toplanışına başlayır. 

 

Sportarena.az xəbər verir ki, ilin əvvəlindən bütün hazırlığı Bakıda keçən millimiz bu dəfə Göygölə yollanıb.

 

Məşqçilər korpusu bir neçə gənc güləşçi də daxil olmaqla, 30-a yaxın idmançıyla mayın 8-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesində əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəldiləcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra komandamız Ukraynada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, yaxın günlərdə sərbəst və qadın güləşi üzrə yığmalarımızın da hazırlıq planı ilə bağlı məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin