Qvardiola futbolçularına kitab oxumağı və televizora baxmağı qadağan edib

Sportarena.az      25 Aprel 2018, 14:00

“Old Trafford”da təzyiq altında oynayacağımızı bilirdik. Xal itirmək şansımız yox idi. Növbəti turda "Bernli" ilə qarşılacağıq. Çətin oyun olacaq. Sakit olmalıyıq. Biz hələ çempion deyilik. Yarışın bitməyinə üç tur qalır və "Liverpul"la bir neçə xal fərqimiz var”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib.İngiltərə Premyer Liqasının 31-ci turundan təxirə salınmış matçda “Mançester Yunayted”ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra ispan mütəxəssis bunları əlavə edib: “Oyunçulara "Bernli" ilə matça kimi kitab oxumamağı, televizora baxmamağı, sadəcə, istirahət etməyi və doyunca yatmağı söyləmişəm”.

 
Təcrübəli mütəxəssis ikinci hissədə daha yaxşı oynadıqlarını söyləyib: “İlkay Gündoğan və Leroy Sane ikinci hissədə dinamik oynadı. Hər iki komanda qələbəyə layiq idi. Amma bir qalib olur. Uduzan komanda peşman olmalı deyil. Çünki maksimum gücü ilə oynadı. Adətən, belə qələbələrdən daha çox həzz almaq lazımdı. Amma biz sakit olmalıyıq”.
 

Qvardiola deyib ki, Premyer Liqada “TOP-4” uğrunda mübarizə aparan komanda ilə oynayıblar: “Onlar "Everton"a məğlubiyyətdən sonra qələbə qazanmaq istəyirdilər. Ancaq biz qalib gəldik. Çempionluq yolunda "Liverpul" bizi izləyir. Onlar möhtəşəm işlər görürlər. Amma hər şey bizim öz əlimizdədi”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin