“Real Madrid” yenə xal itirdi - VİDEO

11:21 26 Aprel 2019

İspaniya La Liqasında 34-cü tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, turun son matçında “Real Madrid” səfərdə “Xetafe” ilə qarşılaşıb.Çempionlar Liqasına qatılmaq üçün “Sevilya” ilə ciddi rəqabət aparan 4-cü pillədəki “Xetafe” “Real Madrid”dən 1 xal almağı bacarıb. Oyun 0:0 hesabı ilə bitib.

 

Qeyd edək ki, bu mövsüm qeyri stabil çıxış edən və çempionluq şansı qalmayan “Kral klubu” son 5 matçında 3-cü dəfə xal itirib.

 

 


Digər xəbərlər

Xəbər xətti