"Arsenal" Mxitaryanın Bakıya gəlişi üçün UEFA-dan viza istədi

14:15 26 Aprel 2019

İngiltərənin "Arsenal" klubu erməni futbolçu Henrix Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək finat matçı üçün UEFA-dan viza dəstəyi alıb.

 

Sportarena.az xəbər verir ki, Avropa futbol qurumu Azərbaycanın Mxitaryanın Bakıya gəlişinə mane olmayacağı barədə zəmanət almaq istəyir.

 

Qeyd edək ki, Avropa Liqasının finalı 29 mayda Bakıda baş tutacaq. "Arsenal" yarımfinalda İspaniyanın "Valensiya" klubunu üstələsə, finalda çıxış edəcək.

 

Bu mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la görüşən "Arsenal" Mxitaryanı Bakıya gətirməmişdi.


Xəbər xətti