Bakıda keçiriləcək Avroliqanın finalının büdcəsi açıqlandı

19:00 26 Aprel 2019

Bakıda keçiriləcək Avropa Liqasının finalının büdcəsi açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov rusiyalı jurnalistlərə açıqlamasında büdcə barədə məlumat verib. "Avropa Liqasının finalına hazırlıq işlərinə gəlincə, təxminən 7 milyon dollarlıq büdcəmiz var. Əminəm ki, bu məbləğ tədbirin xərclərinə kifayət edəcək", - deyə Məmmədov bildirib.

 

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti