Elxan Məmmədov: "Millinin qapıları Ayaz Quliyevin üzünə açıqdır"

Sportarena.az      26 Aprel 2018, 19:51

AFFA-nın baş katibi Elxan Məmmədov Rusiyanın "Spartak" komandasında çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyevin Azərbaycan millisində çıxış etməsi ehtimalından danışıb.

 

Sportarena.az xəbər verir ki, federasiya rəsmisi 22 yaşlı yarımmüdafiəçiyə yığmanın qapılarının açıq olduğunu deyib: "Biz yaxşı tanışıq. Bir neçə il əvvəl görüşmüşük. Həmişə demişik ki, millinin qapıları Ayazın üzünə açıqdı. Amma belə görünür ki, o, taleyini Rusiya millisinə bağlamaq istəyir. O ki qaldı Ayazın bir neçə gün əvvəl iştirakçısı olduğu insidentə, o, belə emosional hərəkətlərə yol verməməlidir". 

 

Qeyd edək ki, Ayaz Quliyev Moskvanın "Spartak" klubunun yetirməsidir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin