SOCAR Azərbaycan Qran-Prisinin həlledici mərhələsi başlayır

10:29 28 Aprel 2019

 Bu gün SOCAR Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.

 

Sportarena.az Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin sonuncu gününün yarış və əyləncə proqramını təqdim edir.

 

Saat 11:20-dən 12:00-dək azarkeş zonasında “Williams”, “Racing Point”, “McLaren”, “Haas” və “Toro Rosso” komandaları pilotları avtoqraf sessiyaları keçirəcəklər.

 

Saat 13:10-da Formula 2 üzrə ikinci yarış başlayacaq.

 

Qran-Prinin açılış mərasimi və pilotların paradı saat 14:30-dan 15:00-dək olacaq. Saat 16:10-da isə Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə start veriləcək.Bundan sonra “Baku Crystal Hall”da DJ Mendoza, AISEL, Kardi B konsert proqramı ilə çıxış edəcəklər.


Xəbər xətti