Mədət Quliyev Formula 1 trekində velosiped sürdü - FOTOLAR

13:08 28 Aprel 2019

Formula 1 SOCAR Azərbaycan Qran Prisinin Bakı trekində veloyürüş keçirilib.

 

Sportarena.az xəbər verir ki, Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamamışdan əvvəl yarışların keçirildiyi Bakı trekində aprelin 28-də DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun təşkilatçılığı Formula 1 şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ənənəvi olaraq veloyürüş təşkil edilib.

 

Formula 1 yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı trekində keçirilən veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun üzvləri iştirak ediblər.



Xəbər xətti