"Sabah"dan 960 manatlıq müsabiqə: "Qol var idimi?" - VİDEO

20:51 28 Aprel 2019

Premyer Liqanın 26-cı turunda "Keşlə" ilə matçın 90+4-cü dəqiqəsində mübahisələrə səbəb olan qol buraxan "Sabah" klubu bununla bağlı "facebook" səhifəsində müsabiqə elan edib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu "Qol var idimi?" sualı ilə video paylaşıb.

 

Təqdim edilən videonu izləyib, fikrini daha dolğun izah edən şəxsi 960 manat mükafat gözləyir. Bunun üçün "Sabah" klubu ilə bağlılığı olmayan 3 mütəxəssisdən ibarət münsiflər heyəti yığılacaq. Onların rəyi əsasında ən tutarlı fikir irəli sürən şəxs idman verilişlərindən birinə dəvət alacaq, fikrini mütəxəssislərə əsaslandıraraq mükafata sahib çıxacaq.

 

 


Digər xəbərlər

Xəbər xətti