“Formula 2” yarışında zəncirvari qəza - FOTOLAR

15:21 28 Aprel 2019

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışda zəncirvari qəza baş verib.

 

Sportarena.az Trend-ə istinadən xəbər verir ki, yarış zamanı üç bolid toqquşub. Belə ki, “BWT Arden” komandasının xanım pilotu Tatyana Kalderon, “Trident” komandasının pilotu Ralf Boşunq və “Carlin” komandasının pilotu Luis Deletrazın idarə etdiyi bolidlər toqquşub.Hər üç pilot yarışı yarımçıq dayandırmalı olub.

 

Yarış zamanı “Trident” komandasının digər pilotu Qiuliano Alesi də idarəetməni itirərək maneəyə çırpılıb.Beləliklə, Q.Alesi də yarışı dayandırmalı olub.



Digər xəbərlər

Xəbər xətti