Fərid Nəbiyev Çexiyada dubl etdi, komandası qələbə qazandı

23:10 28 Aprel 2019

Çexiya Gənclər Liqasının pley-off mərhələsində V turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, gənclər millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya”nın U-21 komandası səfərdə "Karvina” ilə qarşılaşıb. Görüş "Slaviya”nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Oyuna start heyətində başlayan Fərid 90 dəqiqə meydanda olub. Futbolçumuz 2 qolla komandasına qələbə qazandırıb.

 

Qeyd edək ki, 5 oyundan sonra aktivində 10 xal olan "Slaviya” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


Xəbər xətti