Yubiley oyununda qələbə

13:21 29 Aprel 2019

"Sumqayıt” Azərbaycan çempionatlarında yubiley oyununu keçirib. 

 

Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, səfərdə "Neftçi"ni 3:2 hesabı ilə məğlub etdikləri oyun "gənclik şəhəri” təmsilçisinin 250-ci matçı olub. 

 

Bu görüşlərdən 124-ü evdə, 126-sı səfərdə keçirilib. Bu müddətdə 62 qələbə qazanan komanda 66 heç-heçə edib və 122 dəfə uduzub. 239 qol vuran sumqayıtlılar 364 top buraxıb.

 

Qeyd edək ki, "Sumqayıt” Premyer Liqada 250 və daha çox oyun keçirən 17-ci klubdu.


Xəbər xətti