Azərbaycan kuboku: Yarımfinalın cavab oyunlarının təyinatları açıqlandı

13:55 29 Aprel 2019

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab görüşləri üçün bütün təyinatlar açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, "Qarabağ" - "Qəbələ" matçı İnqilab Məmmədova, "Zirə" - "Sumqayıt" oyunu isə FIFA referisi Əliyar Ağayevə tapşırılıb. 

 

1 may

17.00 Qarabağ - Qəbələ

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Ələddin Ələkbərov.

Tofiq Bəhramov adına Respublika Stadionu.

 

20.00 Zirə - Sumqayıt

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Zirə İdman Kompleksinin stadionu.

 

Qeyd edək ki, hər iki oyun CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti