Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş futbolçusu Ümit Karan həbs edilib.
Sportarena.az xəbər verir ki, buna səbəb onun İ.A adlı xanıma təcavüz etməsidir. 2015-ci ildə baş verən hadisədən sonra Ümit Karandan şikayət edilmiş və 5 il həbs cəzası istənilmişdi. Lakin o, dəlil çatışmazlığı səbəbindən məhkəmə zalından azadlığa buraxılmışdı.
Bu gün İstanbul Bölgə Ədliyyə Məhkəməsi öncəki məhkəmənin qərarını ləğv edərək Karana 1,8 illik həbs cəzası verib.
Ən son idman xəbərlərini səhifəmizdən də izləyin