AFFA iki komandanı turnirdən uzaqlaşdırdı

00:11 30 Aprel 2019

Region Liqasının II play off mərhələsinin cavab oyunu olan “Füzuli” – “FC Baku” matçından sonra “Füzuli” klubu AFFA-ya rəsmi müraciət ünvanlayıb.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, müraciətə əsasən, Region Liqasının İşçi Qrupu və AFFA-nın danışılmış oyunlarla bağlı komissiyası tərəfindən araşdırma aparılıb və araşdırma üçün təqdim olunmuş faktlar nəzərə alınmaqla, araşdırmanın ilkin nəticəsi olaraq “Füzuli” və “FC Baku” klubları cari mövsümün sonuna qədər Region Liqası turnirindən kənarlaşdırılır. Manipuliyasiya faktında birbaşa və dolayı iştirakı şübhə doğuran, “Füzuli” və “FC Baku” klublarında bu və ya digər şəkildə təmsil olunan rəsmi və qeyri-rəsmi şəxslər haqqında araşdırmalar bitdikdən sonra fərdi qaydada qərar qəbul ediləcək.


Digər xəbərlər

Xəbər xətti