Ukrayna və Belarus mediası "Formula 1" Azərbaycan Qran-Prisindən yazdı

00:20 30 Aprel 2019

Ukrayna və Belarusun informasiya agentlikləri Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran-Prisi haqqında informasiyalar yayıb.

 

Sportarena.az xəbər verir ki, Ukraynanın UKRİNFORM və Belarusun BELTA agentliklərinin yaydığı informasiyalarda Formula 1 Qran-Prisinin əhəmiyyəti qeyd olunur. “Mercedes” komandasının Bakıda keçirilən yarışlarda dalbadal uğur qazandığı vurğulanır.

 

Bildirilir ki, “Mercedes” komandası bu qələbə ilə Formula 1 üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb. Belə ki, ilk dəfə olaraq ardıcıl dörd Qran-Pridə bir komandanın hər iki pilotu yürüşləri ilk iki pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti