"Qurban Qurbanovu millidə saxlamaq lazım idi" - Millət vəkili

13:34 30 Aprel 2019

“Hesab edirəm ki, Azərbaycanda futbolla bağlı çox ciddi işlər görülmür. İdmanın başqa sahələrinə baxın. Güləş olsun, gimnastika olsun və s. digər sahələrdə ciddi irəlləyişlər var. Ancaq futbol sahəsində...”

 

Sportarena.az xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov Azərbaycan futbolunun hazırkı vəziyyətini şərh edərkən bildirib. sport7.az saytına müsahibəsində o qeyd edib ki, ölkədə normal futbolçular yetişdirilmir:

 

“Çünki futbola uşaq meydançalarından başlamaq lazımdır. Bölgə komandalarından uşaqlar gətirmək lazımdır. Normal futbolçu yetişməlidir. Düzdü, kənardan gətirirlər, ancaq onlar da bəhrəsini vermir. Çünki biz yerli futbolu inkişaf etdirməsək, yaxşı futbolçularımız olmayacaq.Son vaxtlar "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu sahədə çox çalışır. Müəyyən qədər lazımlı futbolçular yetişdirir. Amma səviyyə o deyil. Futbolun işinə qarışan müəyyən insanlar var, mən deyə bilmərəm. Ancaq hələ ki, yaxşı futbol görmürük. Avropa futbolu kimidir deyə bilmirik”.

 

Vahid Əhmədov Qurban Qurbanovun millidən göndərilməsinə də münasibət bildirib: “Qurban Qurbanovun millidən çıxarılması bizlərə müəmmalı qaldı. Qurban Qurbanov cəsarətli futbolçu idi, cəsarətli məşqçidir. Çox yaxşı məşq aparır. 1 il nəsə alınmadısa, bu o demək deyil ki, alınmayacaq. Ümumiyyətlə, mən Qurban Qurbanovun işinə yüksək qiymət verirəm. Onu saxlamaq lazım idi. Çünki ölkədə futbolun inkişafında onun xüsusi rolu var. Bir vaxtlar Əhməd Ələsgərov idi. Azərbaycan futbolunda onun rolu böyük idi. Qurban Qurbanov da elə bir şəxsdir”.

 

Millət vəkilinin “AFFA-nın işini necə qiymətləndirirsiniz” sualına cavabı isə belə olub: “AFFA-nın işini yüksək qiymətləndirirəm. Burada əsas futbolçulardır. Bilirsən, milli futbol olmasa, kənardan nə qədər legioner gəlsə də, inkişaf olmayacaq. Məsələn, mən xarici futbolçuları o qədər də qəbul etmirəm. Fikir ver, Almaniya daha çox yerli futbolçularına üstünlük verir. Düzdü, Avropada çoxu Argentinadan, Braziliyadan gələnlərdir. Amma özləri də yetişdirir. Bizdə də özümüzdə yetişməlidir. Öz futbolumuz, futbolçumuz olmalıdır”.

 

Vahid Əhmədov yerli klublardan hansına azarkeşlik etməsi barədə də fikirlərini söyləyib: “Əvvəllər "Neftçi"yə azarkeşlik edirdim. Ancaq son zamanlar fikir verirəm ki, bu komandada çox çatışmazlıq var. Son illərdə "Xəzər Lənkəran"a baxırdım. İndi isə "Qarabağ"ın çıxışını bəyənirəm. Bu komandanın həm məşqçisi normal səviyyədə məşq aparır, həm də oyun üslubu yaxşıdır”.


Digər xəbərlər

Xəbər xətti