AFFA I Divizion klubları cərimələdi

Sportarena.az      30 Aprel 2018, 16:15

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra I Divizionun 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

“Ağsu” – “Sabah-2” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

Oyunun 27-ci dəqiqəsində “Sabah-2” klubunun futbolçusu Elçin Əsədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 240 manat cərimə olunub.

 

“Sumqayıt-2” – “Turan Tovuz” matçının 83-cü dəqiqəsində “Turan Tovuz”un futbolçusu Şahin Quluzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin