"Traktorsazi" liderlə heç-heçə etdi

19:50 1 May 2019

Təbrizin "Traktorsazi" klubu İran çempionatının XXVIII həftəsində turnirin ən prinsipial görüşlərindən birini keçirib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin hazırkı lideri olan Tehranın "Persepolis” komandasını qonaq edib. Görüş mayın 1-də, Bakı vaxtilə saat 17.30-da başlayıb və Təbrizin "Səhənd” stadionunda keçirilib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Qeyd edək ki, "Traktorsazi" 50 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti