Ronaldo üçün hazırlanan 11 milyonluq avtomobil - FOTOLAR

01:36 1 May 2019

“Yuventus”un portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo avtomobil kolleksiyasına daha birini əlavə edəcək.

 

Sportarena.az xəbər verir ki, kolleksiyaya bu dəfə əlavə ediləcək marka “Bugatti”dir.Amma onu digərlərindən fərqləndirən cəhət isə qiymətidir. “La Voiture Noire” model olan avtomobilin qiyməti 11 milyon avrodur.

 

Mart ayında Cenevrədə təqdimatı keçirlən avtomobildən yalnız Kriştiano Ronaldoda olacaq. Bu onun üçün xüsusi hazırlanıb və tamamlanması 2021-ci ildə bitəcək.

 

Bu həm də istehsalçıların 110 illik yubileyinə həsr ediləcək. Avtomobil 1500 at gücündə olacaq. Sürəti isə saatda 420 km-ə çatacaq.



Digər xəbərlər

Xəbər xətti