Neymar "Real"da oynamaq istəyir?

14:06 3 May 2019

 PSJ-nin hücumçusu Neymar "Real"a keçmək istəyir.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Marca"nın sabiq baş redaktoru Eduardo İnda açıqlama verib."Mega" telekanalında yayımlanan "El Chiringuito de Jugones" verilişinə qatılan Eduardo İnda 27 yaşlı futbolçunun millidəki komanda yoldaşı Marselonu bu barədə məlumatlandırdığını bəyan edib.

 

Neymar zədə səbəbindən mövsümün bir hissəsini qaçırıb. Liqa 1-də onun aktivində 13 qol var.

 

Qeyd edək ki, Neymar 2014-2017-ci illərdə "Barselona"da çıxış edib.


Xəbər xətti