Mahir Mədətovdan atası ilə bağlı paylaşım - FOTOLAR

11:22 1 May 2019

Xəbər verdiyimiz kimi, prodüserlər Anar Mədətov və Elnurə Mədətova qalmaqallı şəkildə ayrılıb.

 

Sportarena.az axşam.az-a istinadən xəbər verir ki, Anar Mədətov məsələ ilə bağlı açıqlama versə də, oğlu, "Qarabağ" futbol komandasının üzvü Mahir və həyat yoldaşı yalnız İnstaqram paylaşımları ilə fikir bildiriblər.

 

“Bir atanın uşaqlarına edəcəyi ən böyük yaxşılıq onların analarını sevməsidir” deyə, Mahir İnstaqram “Story”də paylaşım edib. O, həmçinin, atası ilə bağlı bütün paylaşımları da səhifəsindən silib.

 

Elnurə isə “Maya xarabdırsa, nə ar tanıyar, nə də həya”, “Kişi əgər qoyundursa, onun yanında şirin fırlanmasının əhəmiyyəti yoxdur, onsuz da o, qoyuna baxacaq”, “Mən köhnələri qısqanmıram. Anam uşaqlıqdan mənə köhnə oyuncaqlarımı uğursuz insanlara verməyimi öyrədib” deyə, paylaşımlar edib.

 

Qeyd edək ki, Anar Mədətov Samirə adlı vizajist xanımla evlənməyə hazırlaşır.



Digər xəbərlər

Xəbər xətti