Millimizin qadın qapıçısı İslandiya klubunda

10:10 2 May 2019

Qadınlardan ibarət Azərbaycan millisinin qapıçısı Aytac Şərifova yenidən legioner həyatı yaşamağa başlayıb.

 

Sportarena.az xəbər verir ki, "Uğur Sumqayıt" klubunun üzvü karyerasını İslandiyada davam etdirir.Belə ki, 22 yaşlı qolkiper İslandiyanın ən köklü komandalarından olan "Keflavik"lə anlaşıb. O, yeni komandası ilə 6 aylıq müqavilə imzalayıb. Şərifova artıq bu klubun heyətindədi.

 

Qeyd edək ki, Aytac Şərifova millimizin ötən aydakı toplanışına da dəvət almışdı.


Digər xəbərlər

Xəbər xətti