Erməni “Beşiktaş”ın prezidenti olmaq istəyir

10:35 2 May 2019

Erməni əsilli Türkiyə vətəndaşı Alen Markaryan “Beşiktaş”ın prezidenti olmaq istədiyini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, “Çarşı” azarkeş qrupunun keçmiş rəhbəri gələcəkdə bununla bağlı “Hat-trick” nəşrinə açıqlamasında deyib:

 

“Gələcəkdə "Beşiktaş"ın prezidenti olmaq istəyirəm. İllərlə bu komandaya tribunada xidmət etdik. Ev və səfər oyunlarında komandanı dəstəkləmişik. İndi isə tribunada yer almıram. İndiki idarə heyətində olmaq istəmirəm. Gələcəkdə "Beşiktaş"da preizdent olmaq istəyirəm”.

 

Qeyd edək ki, hazırda “Beşiktaş”ın prezidenti Fikrət Ormandır.


Xəbər xətti