"Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimov hansı müğənniyə 500 min manat xərcləyib?

02:45 2 May 2019

Əməkdar artist Baloğlan Əşrəfov ATV-nin “Düz üzünə” verilişində ağır xəstə olduğu vaxtlarından danışıb.
 

Sportarena.az xəbər verir ki, müğənni həmin ərəfədə sağ qaldığına görə, Türkiyədə yaşayan “Xəzər Lənkəran“ın sahibi Mübariz Mənsimova minnətdarlıq edib.

 
Onun sözlərinə görə, həmin vaxt ailəsi Mübariz Mənsimovun atasına telefon açaraq onlardan kömək istəyib.

 

Biznesmen dərhal şəxsi təyyarəsini Bakıya göndərərək müğənnini Türkiyəyə apartdırıb. Əməkdar artistin dediyinə görə, biznesmen onun müalicəsi üçün 500 min manat pul xərcləyib.


Xəbər xətti