“Messi qarşısı alınmazdır” - Yurgen Klopp

12:54 2 May 2019

“İndiki məqəmdə Messinin dayanadırılması çətindir. Onun necə hücumlar etdiyi görmək adamı dəhşətə gətirir. Cərimə zərbəsindən vurduğu qola isə söz demək olmur. Ona qarşı müdafiə oluna bilmədik”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp deyib. 

 

O, Çempionlar Liqasının yarımfinalında “Barselona”ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib. Klopp əvvəlcə Messini tərifləyib: “Leonun ikinci qolu karyerasının ən möhtəşəm qolları sırasına aid edilə bilər. Oyunu yaxşı keçirsək də, istədiyimiz olmadı. Müdafiədə etibarlı oynadıq, buna görə sevinirəm. Lakin bilirdim ki, Messi bir anda hər şeyi dəyişə bilər. Oynadığımız futbola sevinirəm. Amma Messi yenə də sürpriz etmədi. Həmişə olduğu kimi mükəmməl oynadı”.


Xəbər xətti