Hansı ulduz futbolçunun nə qədər izləyicisi var? - MARAQLI

13:45 3 May 2019

Ulduz futbolçuların sosial mediadakı izləyici yarışı meydandakı mübarizələri qədər maraq doğurur. 

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, “Result Sports” dünyada ən çox izləyicisi olan futbolçuların siyahısını dərc edib.“Yuventus”un hücumçusu Kriştiano Ronaldo bu yarışda rəqibsizdir. O, “Facebook” (122 milyon), “Twitter” (78 milyon) və “Instagram” (163 milyon) hesablarında ümumilikdə 363 milyon izləyiciyə malikdir. 

 

Portuqaliyalı superulduz ən yaxın izləyicisi olan PSJ-li Neymarı xeyli qabaqlayır. Braziliyalıda bu rəqəm 217 milyondur. “Barselona”nın kapitanı Lionel Messi isə ilk üçlüyü bölüşür. “Twitter” hesabı olmayan argentinalının 205 milyon izləyicisi var.

 

Sonrakı yerləri kolumbiyalı Xames Rodriqes (91 milyon), uelsli Qaret Beyl (86 milyon), ispaniyalı Andres İnyesta (79 milyon), almaniyalı Məsut Özil (74 milyon), ispaniyalı Serxio Ramos (71 milyon), braziliyalı Marselo (68 milyon), isveçli Zlatan İbrahimoviç (68 milyon) tutur.


Digər xəbərlər

Xəbər xətti