“Xəzər Lənkəran” 2 ilə geri qayıdacaq? - KLUBDAN AÇIQLAMA

13:15 4 May 2019

2021-ci ildə “Xəzər Lənkəran”ın yaşıl meydanlara qayıtması haqqında yayılan xəbərlər əsassızdır.

 

Sportarena.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında klubun keçmiş mətbuat katibi Hüseyn Cəbrayıloğlu deyib. O bildirib ki, sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir:

 

“Sosial şəbəkələrdə klubun adından saxta səhifələr açıb, əsassız məlumatlar yayırlar. Bizim o səhifələrlə heç bir əlaqəmiz yoxdur. Yəni həmin səhifələr klubun rəsmi səhifəsi deyil”.

 

Qeyd edək ki, Feysbuk sosial şəbəkəsində “Xəzər Lənkəran FC” səhifəsi klubun 2021-ci ildə yaşıl meydanlara geri dönəcəyi haqqında məlumat yayıb.


Xəbər xətti